"Mançester Yunayted"dən "Qalatasaray"a 25 milyon avroluq təklif

14:23 - 30 Noyabr 2023

"Qalatasaray"ın müdafiəçisi Saşa Boe Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.

Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçunu transfer etmək klublardan biri də "Mançester Yunayted"dir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" fransalı sağ cinah müdafiəçisi üçün İstanbul klubuna 25 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Qalatasaray" Saşa Boeni 2021-ci ilin yayında "Renn"dən transfer edib. Arxa xətt oyunçusu cari mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Xəbər xətti