"Turan Tovuz" – "Sumqayıt" matçının biletləri satışda

12:36 - 1 Dekabr 2023

Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 2 dekabr tarixində, saat 18:30-da Tovuz şəhər stadionunda baş tutacaq.

Xəbər xətti