"Qarabağ"ın indiki və keçmiş rəqibi üz-üzə gələcək

15:51 - 4 Dekabr 2023

Avropa Liqasının H qrupunda yer alan “Qarabağ”ın rəqibi İsveçin “Hekken” klubu yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, İsveç çempionatında cari mövsümü 3-cü pillədə başa vuran "arılar" Finlandiyanın “Helsinki” klubu ilə qarşılaşacaq. Görüş dekabrın 7-də Helsinkidəki “Bolt Arena”da baş tutacaq.

Maraqlıdır ki, “Helsinki” bu mövsüm Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olmuşdu. “Qarabağ” – “Hekken” matçı dekabrın 14-də Bakıda Tofiq Bəhramov adına stadionda keçiriləcək.

Xəbər xətti