"Qarabağ"ın futbolçusu: "Hekken" Bakıda bizi büdrətmək istəyəcək"

16:18 - 5 Dekabr 2023

"İstədiklərimizi meydanda reallaşdırdıq, qalib gəldik. Öz performansım haqda fikir bildirməyim düzgün olmaz. Bu haqda baş məşqçimiz fikir bildirməyi daha düzgün olardı".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib. 

Ağdam klubunun futbolçusu komandasının Avropa Liqasındakı çıxışını da dəyərləndirib. O, Norveçdə “Molde” ilə 2:2 hesabı ilə başa çatan görüş haqda danışıb. Bununla yanaşı, son turdakı "Hekken" matçından gözləntilərini söyləyib: 

"Norveçdə çətin olacağı bəlli idi. Hava çox soyuq olacaqdı. Rəqibimiz də güclü idi, evdə daha yaxşı oynayırlar. Amma biz orada özümüzə sərf edən nəticə ilə geri qayıtmağı bacardıq. Məncə, Norveçdə də pis təsir bağışlamamışdıq. Qarşıda bizi “Hekken”ə qarşı matç gözləyir. Bu görüşdə daha istəkli olmalıyıq, daha çox mübarizə aparmalı, qaçmaqlıyıq. Ümidvaram ki, istədiyimiz nəticəni qazanacağıq. “Hekken” qrupda xal toplamayıb. Onlar Bakıda bizi büdrətmək istəyəcək. Hər şey öz əlimizdədir. İnanıram ki, baş məşqçinin dediklərini komanda şəklində düzgün yerinə yetirsək, yaxşı nəticə qazanarıq və belədə, xalqımızı, ölkəmizi sevindirərik".

Mirbağırağa

Xəbər xətti