"Qalatasaray" Burkina-Faso millisinin üzvünü transfer edir

09:34 - 6 Dekabr 2023

"Qalatasaray" qışda heyətinə müdafiəçi qatmağı planlaşdırır.

Sportal.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul klubu "Norşelland"ın üzvü Adamo Naqalo ilə yaxından maraqlanır.

Türkiyə nəhəngi 21 yaşlı futbolçunu transfer etmək üçün indidən hərəkətə keçib. "Qalatasaray" rəhbərliyi Konfrans Liqasının 5-ci turunun "Norşellan" - "Fənərbaxça" (6:1) matçında iki məhsuldar ötürmə edərək komandasının qələbəsində pay sahibi olmuş futbolçu üçün tələb olunan transfer məbləğini də ödəyəcək.

Onun Danimarka klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. 

Burkina-Faso millisində 4 oyun keçirmiş futbolçu 2020-ci ildən "Norşellan"da çıxış edir.

 

Xəbər xətti