"Kəpəz" "Qəbələ"ni məğlub etdi, Zirədə qalib müəyyənləşmədi - YENİLƏNİB

18:57 - 9 Dekabr 2023

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

İlk oyunda son pillələrdə yer alan "Qəbələ" ilə "Kəpəz" üz-üzə gəlib. Matç Gəncə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Günün ikinci görüşündə isə "Zirə" "Araz-Naxçıvan"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

9 dekabr (şənbə)

 “Qəbələ” – “Kəpəz” 0:3
Qol:
Giorgi Papunaşvili, 6, 72, Adama Niane, 70
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu, 15:00

“Zirə” – “Araz-Naxçıvan” 0:0
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu, 17:00

Xəbər xətti