PSJ Emeri ilə anlaşdı

15:34 - 12 Dekabr 2023

Uorren Zair-Emeri PSJ-də qalacaq.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, yarımmüdafiəçi müqavilə müddətinin artırılmasına razılıq verib. 

Tərəflər bütün şərtləri şifahi şəkildə razılaşdırıblar və yaxın vaxtlarda qərarın rəsmi açıqlanacağı gözlənilir.

Beş illik müqavilə imzalamaq üçün PSJ futbolçunun 18 yaşını, yəni martın 8-nə qədər gözləməlidir. Bu mövsüm 17 yaşlı oyunçu PSJ-nin heyətində bütün turnirlərdə 15 oyun keçirib və iki qol vurub, beş məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin Fransanın əsas millisində də bir matçı və bir qolu var. Uorrenin parislilərlə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Xəbər xətti