"Qarabağ" qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.
Sportal.az saytının əldə etdiyi məlumata görə, klubun skautları əcnəbi stoper axtarışına çıxıblar.
Hal-hazırda "Qarabağ"ın heyətində 5 mərkəz müdafiəçisi olsa da, avrokuboklarda çıxış eləyən təmsilçimiz bu mövqedə çətinliklər yaşayır. "Molde" ilə səfər oyununda Kevin Medinanın zədələnməsi və bir neçə aylıq sıradan çıxmasından sonra baş məşqçi Qurban Qurbanov rəhbərliyə daha bir stoperin alınması ilə bağlı müraciət edib.
Durumu incələyən klub rəhbərliyi bu transferə razılıq verib, artıq axtarışlar başlanıb. Yaxın zamanlarda Qurban Qurbanova mümkün variantlarla bağlı məlumat veriləcək. Təcrübəli mütəxəssisin tələblərinə cavab verən stoper olacağı təqdirdə qış fasiləsində bu transfer həyata keçiriləcək.
saytlarin hazirlanmasi