Çempionlar Liqasının qrup mərhələsində son matçını keçirmiş "Qalatasaray" "Kopenhagen"ə uduzaraq avrokuboklardakı yoluna Avropa Liqada davam edəcək.
Sportal.az xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının 1/16 finalında mübarizə aparacaq.
"Qalatasaray" həmin mərhələdə "Qarabağ"la da üz-üzə gəlmək ehtimalı var. Belə ki, Ağdam təmsilçisi Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanarsa, "Qalatasaray" potensial rəqiblərdən olacaq.
Bu mövsüm ÇL-dən Avropa Liqasına yollanan digər komandalar isə "Benfika", "Feyenoord", "Lans", "Yanq Boyz" və “Braqa”dır.
Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.
saytlarin hazirlanmasi