“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın daha bir klubundan təklif alıb.
Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis Rusiya birinci liqasında yarışan “Şinnik” Musayevi baş məşqçi postuna gətirməyi planlaşdırır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Dmitri Xomuxanın postundan ayrılmasından sonra Yaroslavl təmsilçisi baş məşqçisiz qalıb. Rusiya klubunun idman koordinatoru postunu tutan Aleksandr Pobeqalov Musayevlə görüşmək üçün Azərbaycana gəlib.
“Şinnik”in baş direktoru Xalimcan Xayrulin Pobeqalovun Azərbaycana gəlməsini təsdiqləyərək, bunları deyib: “Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik”.
Qeyd edək ki, "Alaniya" da Murad Musayevi baş məşqçi postuna dəvət etmişdi.
saytlarin hazirlanmasi