"Qəbələ"nin legioneri Ahmed Ayzayanın durumuna aydınlıq gəlib.
Sportal.az saytına verilən məlumata görə, nigeriyalı futbolçu MRT müayinəsindən keçib və zədəsinin ciddi olmadığı dəqiqləşib.
Ayzayanın Premyer Liqanın qarşıdakı turunun "Səbail"lə matçında da meydana çıxmaq ehtimalının yüksək olduğu bildirilir.
Nigeriyalı artıq kollektivlə məşqlərə çıxıb.
Qeyd edək ki, Ahmed Premyer Liqanın 16-cı turunun "Kəpəz"lə(0:3)görüşündə zədələnərək 23-cü dəqiqədə məcburiyyətdən meydanı tərk etmişdi.