İngiltərənin "Mançester Yunayted" klubu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda evdə "Bavariya"ya uduzub (0:1).
Sportal.az “Opta”ya istinadən xəbər verir ki, həmin məğlubiyyət “qırmızı şeytanlar” üçün Çempionlar Liqasında bu mövsüm buraxdığı 15-ci qol olub.
Bu isə İngiltərə komandaları üçün antirekorddur.
Çünki əvvəllər Çempionlar Liqası tarixində Premyer Liqanın heç bir klubu qrup mərhələsində 15 qol buraxmayıb.
Qeyd edək ki, "Mançester Yunayted" mübarizə apardığı A qrupunda dörd xalla sonuncu yeri tutub.