"Hər səfər görüşündə üç qol vurub, bu qədər az xal toplamaq cinayətdir"

11:18 - 13 Dekabr 2023

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand "qırmızı şeytanlar"ın 2023/2024 mövsümündə Çempionlar Liqasındakı çıxışından danışıb.

Sportal.az xəbər verir ki, bir gün əvvəl qrup mərhələsinin 6-cı turunun matçında "Bavariya"ya məğlub olan mançesterlilər (0:1) avrokuboklardan kənar qalıb:

“Püşkatma mərasimindən sonra “Mançester Yunayted”in qrupda uğurlu çıxış edəcəyini düşünmək olardı. Amma hər səfər matçında üç qol vurub bu qədər az xal toplamaq sadəcə cinayətdir. Qrup mərhələsində 12 qol vurub, 15 qol buraxmaq isə kamikadzelikdir. Basketbol kimidir. Sonda isə “qırmızı şeytanlar” ədalətli nəticə ilə qarşılaşdılar. Əgər matçı öz xeyrinə başa vura bilmirsənsə, deməli, pley-offa çıxmağa layiq deyilsən”. 45 yaşlı veteran 2002-2014-cü illərdə “Mançester Yunayted”də 317 matça çıxıb 7 qol vurub.

Xəbər xətti