İspaniya mətbuatı: "Qarabağ" tarixə düşə bilər"

12:49 - 13 Dekabr 2023

İspaniya mətbuatı Avropa Liqasının qrup mərhələsinin son turu öncəsi turnirin növbəti mərhələsinə yüksəlmək şanslarını qoruyan komandalardan yazarkən, “Qarabağ”ın da adını qeyd ediblər.

Sportal.az xəbər verir ki, “Yahoo Noticias” Ağdam klubunun qrupdan çıxmaq şanslarını dəyərləndiriblər: 

"Yalnız “Liverpul”, “Bayer”(Leverkuzen) və “Atalanta” vaxtından əvvəl 1/8 finala vəsiqə qazanıblar. Onlar üçün qrupun final oyunları formal xarakter daşıyır. Bundan əlavə, daha 9 klub Avropa Liqasının növbəti mərhələsində iştirakını təmin edib, lakin onların hansı pillə ilə qrupu başa vuracağı bəlli deyil: “Vest Hem”, “Frayburq”, “Marsel”, “Brayton”, “Sportinq”, “Renn”, “Vilyarreal”, “Slaviya” və “Roma”. Boş qalan dörd yer üçün 7 klub mübarizə aparır: C qrupunda ilk iki yer uğrunda mübarizə aparacaq "Betis", "Reyncers", "Sparta", E qrupundan çıxmaq üçün mübarizə aparan "Tuluza" və "Union", həmçinin H qrupunda "Qarabağ" və "Molde” ikinci yer uğrunda mübarizə aparacaq.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsini adlayan ilk Azərbaycan klubu kimi tarixə düşə bilər. Bu komanda 1/16 finala vəsiqə üçün iddialıdır. "Bayer” (Leverkuzen) artıq qrup qalibi adına layiq görülüb və xalları bərabər olan "Qarabağ"la "Molde"ni geridə qoyub. Turun son matçlarında Norveç klubu Xabi Alonsonun rəhbərlik etdiyi kollektivi, "Qarabağ" isə bütün matçları məğlub olan komandanın “Hekken”i qəbul edəcək”.

“Qarabağ” – “Hekken” oyunu dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına stadionda keçiriləcək. Görüşə saat 21:45-də start veriləcək.

Xəbər xətti