"Qəbələ"nin futbolçusunun cəzası açıqlandı

13:14 - 13 Dekabr 2023

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, bu gün keçirilən toplantıda aşağıdakı qərarlar qəbul edilib:

09.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Qəbələ” – “Kəpəz” oyununun 49-cu dəqiqəsində “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qəbələ” klubu 500 manat cərimə edilir (maddə 36.5);

10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Səbail” oyununda hesab tablosu işləmədiyinə görə “Sabah” klubuna xəbərdarlıq edilir (maddə 11);

10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Səbail” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 72.4);

10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Neftçi” – “Turan Tovuz” oyununda hesab tablosu işləmədiyinə görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 11);

10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Xəbər xətti