Minifutbol üzrə Azərbaycan çempionatında ikinci turun matçları keçirilib.
Sportal.az xəbər verir ki, turun yeganə bərabərliyi “Turan” və “İnter” koamndaları arasında qeydə alınıb.
Milli komandamızın sabiq futbolçularından ibarət “İnter” rəqibi ilə 3:3 oynayıb. İki turdan sonra altı xala malik “Birbaşa”, AZNUR, “Zirə”, “Dinamo Gəncə” isə liderliyi bölüşür.
“Siyəzən” – AZNUR 4:5
“Dinamo Gəncə” – “Dirçəliş” 2:1
“Birbaşa Bakı” – “Atəşgah Suraxanı” 10:0
“Abşeron” – “Real Bakı” 5:2
“Odlar Yurdu” – “Baku Fire” 6:1
“Veteran” - “Zirə” 1:2
“Turan” – “İnter” 3:3
“Galaxy” – “Sumqayıt” 3:0