"Neftçi"nin futbolçusu Yuri Matiasın mətbuat konfransı keçirilib.
Sportal.az xəbər verir ki, braziliyalı legioner komandasının Premyer Liqadakı performansından danışıb.
- "Neftçi"də ən çox qolu siz vurmusuz. Komanda yoldaşlarınıza nə məsləhət görərdiz ki, onlar da qol vursun?
- Müdafiəçi olaraq çalışıram ki, öz işimi yaxşı tərəfdən görüm. Qol vurmaq imkanım da olanda, bundan yararlanıram. Komanda yoldaşlarıma da heç bir məsləhət verə bilmərəm. İstəyim odur ki, onların da qol epizodu yarananda, bunu qola çevirsinlər.
- "Qarabağ"dan 10 xal geridə qalırsız. "Neftçi" bu mövsüm çempion olmaq üçün nə etməlidir?
- Bəli, hazırda "Qarabağ"la xal fərqi böyükdür. Biz də dərk edirik. "Neftçi" üçüncü pillədə olmağa layiq komanda deyil. Nəyə qadir olduğumuzu bilirik. Sadəcə hazırkı vəziyyətə görə belə fərq yaranıb aramızda. Azarkeşlərimizin narazılığını normal qarşılayıram. "Neftçi"də yeni heyət qurulub, yeni baş məşqçi, yeni futbolçular var. Elə də asan prosses deyil. Biz bunu dərk edirik. Amma bilirik ki, bundan da yaxşısını edə bilərik. Gələcəkdə azarkeşlərimizi daha çox sevindirə bilərik.
- Mətbuatda adınız "Qarabağ"la hallanırdı. Başqa kluba keçmək planınız var, yoxsa "Neftçi" çempion olmamış bu komandanı tərk etmək istəmirsiz?
- Karyeram boyu hansısa klubda oynamışamsa, ən azı 3-4 il orada qalmışam. Həmin klub üçün mübarizə aparmışam. "Neftçi"yə gələndən bəri həm klub, həm komanda yoldaşlarım, həm azarkeşlər məni yaxşı qarşıladılar. Bu da mənə əlavə motivasiya verir, əzmkar çalışmağa kömək edir. Ümid edirəm ki, "Neftçi" üçün mübarizə apararaq böyük nailiyyətlər əldə edəcəm.
- "Neftçi"də 9 sarı vərəqə və bir qırmızı vərəqə. Səncə bu çox deyil?
- Düzdü deyirsiz, normal deyil. Məncə də, çoxdur. Amma bu günə kimi hansısa liqada oynadıqda, reallıq o idi ki, hakimlə aramızda dialoq olurdu. Bura gəldikdən bəri belə deyil, əksini görürəm. Kartların çoxu cərimələrə görə deyil, danışığa görədir. Çempionata adaptasiya olmağa, özümü səbirli, təmkinli aparmağa çalışıram.
- Azərbaycan Premyer Liqasında səni başqa nə təəccübləndirir?
- Çempionatda mübarizə aparan hansısa komanda yuxarıda gedən komandalardan xal ala bilər. Hər komanda meydana qələbə üçün çıxır. İstənilən nəticəni gözləmək olar.
- "Neftçi" azarkeşləri üçün "Qarabağ"la oyunun əhəmiyyəti başqadır. Azarkeşlərə bu prinsipial oyunda müdafiəçi olsan belə, qol sözü verirsən?
- Həm klub, həm azarkeşlər üçün bu oyununu əhəmiyyətli olduğunu bilirəm. Bir dəfə "Qarabağ"a qarşı oynamışıq. Çox maraqlı oyundur. Hər bir futbolçu güclü rəqibə qarşı oynayıb, maraqlı görüşdə iştirak etmək istəyər. Bilirik ki, çətin matçdır. Buna baxmayaraq, heç kimdən çəkinmirik. Çalışacağıq ki, "Qarabağ"la matçda da yaxşı oyun göstərib, qalib gələk. Müdafiəçi olaraq, hər oyunda qol vurmaq sözü vermək çətindir. "Qarabağ"la matçda da qol vuracağıma söz verə bilmərəm. Amma onu deyə bilərəm ki, ən yaxşısını edəcəm, qalib gəlməyimiz üçün meydanda canımı qoyacam.
- "Traktor"un formasını geyinmisiz. Orada cəmi bir oyuna çıxsanız da, qalib gəlmisiz. Bu klubla "Neftçi"nin oxşar cəhətləri var? Səncə, "Traktor" Azərbaycan çempionatında mübarizə aparsaydı, neçənci pillədə olardı?
- "Traktor"da cəmi 4 oyunun iştirakçısı olmuşam, ikisində meydana çıxmışdım. Ondan sonra çempionat dayandırıldı. Çünki koronavirus var idi. Bir ay oteldə qaldım, məşq edə bilmədim. Klubdan xahiş etdim ki, məni evə buraxsınlar, gedim ailəmin yanına. Vəziyyətin neçə müddət belə davam edəcəyi bilinmirdi. Çempionatın nə vaxt başlayacağı bilinmirdi deyə, Braziliyada qaldım və sonradan "Traktor"la yollarımız ayrıldı. Qısa müddət olsa da, İranda yşamaq, orada oynamaq mənim üçün böyük təcrübə idi. Yeni mədəniyyətlə tanış oldum. İnsanları bənzərlikləri çoxdur. "Traktor"un yaxşı azarkeşləri var. Burad ada yaxşı azarkeşlər var. Təkcə "Traktor" yox, İranda güclü klublar var və Azərbaycanda çıxış etsələr, çempionluq uğrunda mübarizə apararlar. Onlar Asiya Çempionlar Liqasında da yaxşı çıxış edirlər.
Mirbağırağa
saytlarin hazirlanmasi