"Yurqorden"in forvardı Musa Qurbanlı İsveç çempionatı başa çatdığından vətənə qayıdıb. Tətilə rəğmən milli komandamızın hücumçusu fiziki formasını itirməmək üçün fərdi məşqlər edir.
Sportal.az xəbər verir ki, o, Bakı Olimpiya Mərkəzində fiziki hazırlıq məşqçisinin rəhbərliyi altında məşqlərini yerinə yetirir. 21 yaşlı forvardın “Yurqorden”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi