"Beşiktaş"ın hücumçusu Vinsent Abubakar karyerasını Rusiyada davam etdirə bilər.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Spartak” forvardı yanvarda transfer etməkdə maraqlıdır.
Futbolçunun Moskva klubuna transfer şansı yüksək qiymətləndirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Abubakar zəif çıxış etdiyi üçün "Beşiktaş"ın əsas komandasından uzaqlaşdırılmışdı.
31 yaşlı hücumçu "Valansyenn", "Loryan", "Porto", "Əl-Nasr" klublarında oynayıb.