"Mingəçevir" 3 xalı 3 qolla qazandı - VİDEO

20:56 - 14 Dekabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında 11-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Mingəçevir" doğma meydanda "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 13-ə yüksəldən "Mingəçevir" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 3 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.

“Mingəçevir” – “Araz-Saatlı” 3:1 
Qollar
: Vidadi Cəfərov 29, 57, Əsgər Hüseynov 78 – Sequn Omotoşo 60

Xəbər xətti