"Neftçi"də gözlənilməz ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Kenni Sayeflə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı vingerin şəxsi səbəblərə görə "ağ-qaralar"ı tərk etdiyi bildirilib.
Qeyd edək ki, Kenni Sayef 2022-ci ilin yayından "Neftçi"də çıxış edirdi. Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi