Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turun matçları baş tutub.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə iki görüş keçirilib.
"Qəbələ" "Səbail"in qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Araz-Naxçıvan" isə "Sabah"ı qəbul edib. Muxtar Respublika təmsilçisi rəqibibi 2:0 hesabı ilə üstələyib.
Azərbaycan Premyer Liqası
XVII tur
"Səbail" - "Qəbələ" 3:0
Qollar: Luqasi 18, Qırtımov 52(avtoqol), Ramalinqom 60
Qırmızı vərəqə: Tette 35
Baş hakim: Rauf Cabarov
"ASCO Arena"
15:00 "Araz-Naxçıvan" - "Sabah" 2:0
Qollar: Boyan Letiç, 40 (avtoqol), Turan Manafov, 72
Baş hakim: Fərid Hacıyev
"Dalğa Arena"