Futzal üzrə Azərbaycan milli komandası bu gün DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniyanı sınağa çəkəcək.
Sportal.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək görüşə saat 20:00-da start veriləcək.
Vitali Borisovun rəhbərlik etdiyi kollektiv yer aldığı A qrupuna 12 xalla Qazaxıstan millisi başçılıq edir.
Niderland 6 xalla ikinci, Rumıniya və Azərbaycan isə 3 xalla müvafiq olaraq, 3-4-cü pillələri bölüşdürürlər.
DÇ-2024. Elit-raund. Qrup mərhələsi
Azərbaycan – Rumıniya 5:5
Qollar: Rafael Vilela 18, 19, 25, Tofiq Mikayılov 32, Amir Şocai 34 - Nastai 22, Balint 28, Araxuo 32(p), Şocai 35(avtoqol), Nemitanu 36
Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz (Hamısı Polşa)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Someon Tsolakidis (Yunanıstan)
saytlarin hazirlanmasi