Azərbaycanda çalışmış türkiyəli məşqçilərdən olan Güvənç Kurtar milli komandamıza rəhbərlik etmək istəyir.
Sportal.az saytına açıqlama verən 73 yaşlı məşqçi yığma komandamıza uğurlar qazandıracağına inandığını deyib:
"Türkiyəli məşqçilərin Azərbaycan millisi ilə adı yanaşı çəkilir. Mən də yığma komandanıza kömək edə bilərəm. Əgər məni dəvət etsələr, çox köməyim dəyərdi. Kaş ki, belə olardı, dəvət göndərərdilər. Əminəm ki, Azərbaycan millisində hamıdan daha uğurlu olardım. Böyük təcrübəm var və özümə güvənirəm. Azərbaycan Premyer Liqasında işləmişəm, oranın futbolunu, futbolçularını yaxşı bilirəm. AFFA dəvət etsə, Azərbaycan millisində işləyərəm".
Qeyd edək ki, 73 yaşlı mütəxəssis “Kocaelispor”, “Eskişehirspor”, “Rizespor”, “Bursaspor”, “Denizlispor”, “Rəvan”, “Adana Demirspor”, “Adanaspor” klublarında işləyib.
saytlarin hazirlanmasi