Andrey Lunyov "Hekken"ə qarşı oynamaya bilərmiş

12:31 - 15 Dekabr 2023

"Qarabağ"ın qapıçısı Andrey Lunevin agenti Anton Smirnov Avropa Liqasının H qrupunun 6-cı turunun dünən “Hekken”ə qarşı keçirdikləri oyundan (2:1) sonra onun durumu haqda yazıb.

Sportal.az xəbər verir ki, rusiyalının teleqram kanalında yazdığına görə, Lunyovun "Hekken"lə görüşdə oynamaq ehtimalı az olub: 

"Andrey yəqin ki, məni danlayacaq. Amma vacib detalı qeyd etməyə bilmirəm. Düşünürəm ki, artıq bu haqda danışmaq olar. İki gün əvvəl Andrey çox xəstə idi, virusa tutulmuşdu və bütün bədəni ağrıyırdı. Məşqə çıxa bilməmişdi. İki günə özünə gəldi və “Hekken”lə matça çıxdı”.

Xəbər xətti