"Turan Tovuz" - "Zirə" matçının biletləri satışda

15:16 - 15 Dekabr 2023

Premyer Liqanın 17-ci turunun “Turan Tovuz” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletləri bu gündən etibarən Tvuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 16 dekabr tarixində, saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Xəbər xətti