Mahir Emrelinin komandası "Qarabağ"ın tanışı ilə qarşılaşa bilər

19:22 - 15 Dekabr 2023

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Konfrans Liqasının C qrupunda 2-ci yeri tutaraq turnirin pley-off mərhələsinə yüksəlib.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisinin pley-offda potensial rəqibləri Avropa Liqasında qruplarında üçüncü yeri tutan komandalardır: “Ayaks” (Niderland), “Betis” (İspaniya), “Makkabi” (Hayfa, İsrail), “Olimpiakos” (Yunanıstan), “Servette” (İsveçrə), “Şturm” (Avstriya), “Union” (Belçika).

Siyahıda bu mövsüm Avropa Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olmuş "Molde"nin də adı var. Bu mərhələnin püşkatma mərasimi dekabrın 18-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

Pley-off oyunları fevralın 15 və 22-də keçiriləcək. Cütlüklərinin qalibləri Konfrans Liqasının 1/8 finalına yüksələcəklər.

Xəbər xətti