"Real"ın yarımmüdafiəçisi Arda Güler bu il oynamayacaq.
Sportal.az “AS”a istinadən xəbər verir ki, Madrid klubu 18 yaşlı futbolçunu tez sağalmasına məcbur etmək istəmir.
Gülerin yeni ildən oynamaq ehtimalının olduğu bildirilir.
Qeyd edək ki, türkiyəli futbolçu hələ ki, “Real”da debüt etməyib.
18 yaşlı futbolçunun "Real"la müqaviləsi 2029-cu il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi