"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev sosial şəkəbədə paylaşım edib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ağdam klubunun Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanması barədə instaqram hesabında bunları yazıb: 

"Uşaqlıq illərimdə mənə desəydilər ki, "Qarabağ"la qrup mərhələsini adlayacaqsan, bunun zarafat olduğunu düşünərdim. Bütün “Qarabağ” sevərləri, “Qarabağ” ailəsini təbrik edirəm! Komandamla qürur duyuram! Allaha sonsuz şükürlər olsun! Yeni tarix!".

Mirbağırağa