PSJ-nin qapıçısı Serxio Riko "El Partidazo de COPE" nəşrinə müsahibəsində mayın sonunda aldığı ağır kəllə-beyin travmasından sonra vəziyyəti, eləcə də meydana qayıtmaq istəyi barədə danışıb.
Sportal.az xəbər verir ki, ispaniyalı qolkiper altdan atından yıxıldıqdan sonra boynundan zədələnmişdi. Riko bir müddət komada qalmışdı:
"Həkimin mənə bir az daha sərbəstlik verməsini səbirsizliklə gözləyirəm. Çünki özümü yaxşı hiss edirəm. Rutinimə qayıtmaq və özümü yenidən futbolçu kimi hiss etmək istəyirəm. 20 kiloqram arıqlamışam... Təxminən 92 çəkim var idi, sonra 73 idim. İndi 88 kiloqram çəkim var. Mən bunu çox sakit qəbul edirəm, bu mənim səlahiyyətimdə deyil. Gücüm daxilində olsaydı, artıq məşq edərdim. Buna cavabdeh olan həkimlərin və həyatımı xilas edənlərin göstərişlərinə əməl edirəm”.
30 yaşlı qapıçının PSJ ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi