Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri avtomobil qəzasına düşüb.
Sportal.az xəbər verir ki, "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, sürücü Rasim Qafarlı avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə çağırılıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində onlar müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
saytlarin hazirlanmasi