"Çelsi"nin futbolçusu sıradan çıxdı

17:49 - 16 Dekabr 2023

“Çelsi”nin futbolçusu Ris Ceyms sıradan çıxıb.

Sportal.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Maurisio Poçettino deyib.

Argentinalı mütəxəssis ingilis futbolçu haqda bunları bildirib:

“Təsdiq edə bilərəm ki, əməliyyat variantını istisna etmirik. Bazar ertəsi vəziyyət daha aydın olacaq”. Ris Ceyms Premyer Liqanın 16-cı turunun "Everton"la matçında zədələnib. Futbolçuya diz nahiyəsindən zədə diaqnozu qoyulub.

Xəbər xətti