"Sabah"ın forvardı Davit Volkovun Premyer Liqanın 17-ci turunun “Araz-Naxçıvan”la görüşdə oynamamasının səbəbi bəlli olub.
Sportal.az saytına verilən məlumata görə, gürcü futbolçu zədə səbəbindən meydana çıxmayıb. Onun durumu da artıq bəllidir.
Belə ki, Volkov Premyer Liqanın 15-ci turunun "Kəpəz"lə oyunundan öncəki məşqdə zədələnib. Hazırda gürcüstanlı hücumçunun müalicəsi davam edir.
Davidin yanvar ayındakı təlim-məşq toplanışında komanda ilə məşqlərə başlaması gözlənilir.