33 yaşında milli komandaya qayıda bilər

12:34 - 18 Dekabr 2023

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann "Real"ın yarımmüdafiəçisi Toni Kroosun yenidən milliyə qayıtmasını istisna etməyib. 

Sportal.az xəbər verir ki, "Bild"ə danışan gənc mütəxəssis 33 yaşlı futbolçunun geri qayıtmasının özündən asılı olduğunu deyib:

"Almaniya pasportu olan bütün futbolçuları diqqətdə saxlamalıyıq. Məncə, Toni görkəmli insandır, o, çox ağıllıdır. Futbolla bağlı bir çox məsələlərdə öz dürüst fikirlərini deyir. Onunla fikir mübadiləsi aparmaq mənə maraqlı gəlir. Milliyə qayıdışını isə konkret müzakirə etməmişik. Ümumiyyətlə, millidən danışmamışıq. Əgər özünü daha yaxşı göstərsə, bəlkə ona yenidən zəng edərəm. O, martda milli komandada olacaq? Bilmirəm. Bu, onun nəticələrindən, özündən və bir çox başqa şeylərdən asılıdır".

Qeyd edək ki, Kroos Almaniya millisində 2010-2021-ci illər arasında 106 matça çıxıb və 17 qol vurub.
 

Xəbər xətti