"Qarabağ"ın "Hekken" üzərində qazandığı qələbə möhtəşəm idi. İlk dəqiqədə qol vurulanda, hiss edildi ki, "Qarabağ"da sanki boşalma getdi. İstənilən halda, qol şanslarımız çox idi, 3-4 qol vura bilərdik. Marko Veşoviç qırmızı vərəqə aldı və meydanda 10 nəfərlə qaldıq. "Hekken" daha çox basqı etdi, daha çox şans yaratdı. Lakin komandamız lazım olan qələbəni qazandı. Böyük uğurdur, böyük tarixdir. Allah qoysa, davamını da gətirərlər".
Bu sözləri Sportal.az saytına açıqlamasında Əfran İsmayılov deyib. "Qarabağ"ın sabiq futbolçusu Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsindəki performansını qiymətləndirib:
"Qarabağ" Leverkuzendə "Bayer"ə qarşı oyunu çıxmaq şərtilə, qrupdakı bütün oyunları yüksək səviyyədə keçirdi. Onlar sübut etdi ki, Avropa səviyyəsində olan komandadır. Hətta Top-5 liqaların təmsilçiriləri də "Qarabağ"a hörmətlə yanaşır. Düzü, inanmıram ki, "Qarabağ”dan sonra Azərbaycandan hansısa komanda bu uğuru təkrarlasın. Yəni, hansısa komandamızın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi, Avropa Liqası, Konfrans Liqasının pley-off mərhələsinə yüksəlməsi....İnanmıram. Amma arzulayıram ki, təkrarlayan komanda olsun. Bəlkə də, bunu mən görməyəcəm, məndən sonra olacaq. Doğrudur, futbolumuz inkişaf edir, ancaq bunun yaxın vaxtlarda olacağını düşünmürəm".
O, Azərbaycan çempionunun Avropa Liqasının pley-off mərhələsindəki hansı rəqibə qarşı oynamasının daha yaxşı olacağını da bildirib: "Yanq Boyz"u tanıyıram. Onlara qarşı oynamışam. Düzdür, o vaxtdan bu yana çox inkişaf ediblər. Amma istəyərəm ki, "Qarabağ" onlarla düşsün. Çünki digərlərinə baxanda, "Qarabağ" bu rəqibi daha yaxşı tanıyır. "Qarabağ"ın bəxtinə "Yanq Boyz" çıxmayacaqsa, "Milan" və ya "Qalatasaray" düşsün. Hər halda, "Milan"ı heç vaxt burada görməmişik, Azərbaycan xalqı da həmin komandanı canlı görərdi. "Qarabağ" bura qədər gəlib çıxıbsa, dayanmayacaqlar. Qurban Qurbanovu yaxşı tanıyıram, dayanmayacaq, "Qarabağ"ın növbəti mərhələyə də adlamasını istəyəcək. Ona görə ən yaxşı oyunlarını göstərib, şans varsa, daha da irəliyə doğru gedəcəklər. Təbii ki, rəqiblərdən və "Qarabağ"ın oyunundan asılıdır. Komandamıza uğurlar arzulayıram. "Qarabağ" Azərbaycan futbolunun fəxri və brendidir".
Mirbağırağa
saytlarin hazirlanmasi