Son vaxtlar mətbuatda Romaonun bəzi xarici klubların maraq dairəsində olması ilə bağlı xəbərlər yer almaqdadır. Bu, həqiqətən də belədir. Braziliyalı futbolçuya real təkliflər var.
Lakin Sportal.az-ın əldə etdiyi məlumata görə, Romao "Qarabağ"dan getmək niyyətində deyil. O, Qurban Qurbanovun rəhbərliyi altında oynamaqdan məmnundur və düşünür ki, bir futbolçu kimi "Qarabağ"da səviyyəsini daha çox artıra bilər.
Braziliyalı futbolçunun gələn ilin əvvəlində "Qarabağ"la müqaviləsini artıracağı gözlənilir. Qeyd edək ki, onun hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.