"Mançester Siti" Portuqaliya millisinin üzvünü istəyir

14:34 - 18 Dekabr 2023

"Mançester Siti" Xosep Pep Qvardiola "Fulhem"in yarımmüdafiəçisi Joao Palinyanı sərəncamında görmək istəyir. 

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "şəhərlilər"in rəhbərliyi Portuqaliya millisinin üzvünü transfer etmək üçün komandası ilə danışıq aparır.

Mançester təmsilçisi qarşı tərəfə 70 milyon avro təklif edəcək. "Bavariya"nın da transfer siyahısında yer alan Palinyanın hansı seçimini hansı komandadan yana edəcəyi dəqiq deyil. 

Palinya bu mövsüm "Fulhem"in heyətində 16 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

28 yaşlı futbolçu “Sportinq”, “Moreyrense”, “Belenenseş”, “Braqa” komandalarında oynayıb.

Xəbər xətti