Mahir Emrelinin Superliqaya dönüşü baş tuta bilər

14:17 - 18 Dekabr 2023

Azərbaycan milli komandasının vingeri Mahir Emreli qışdan sonra karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, “Hatayspor” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Superliqa təmsilçisi Emrelini icarəyə götürmək üçün “Dinamo”ya müraciət edəcək. Zaqreb klubunun bu təklifə müsbət yanaşıb-yanaşmayacağı isə qışda verəcəkləri qərardan sonra bilinəcək.

Baş məşqçi Sergey Yakiroviçin də əsas heyətdə şans vermək istəmədiyi Emrelinin qış “transfer pəncərəsi” zamanı oyun praktikasını artırmaq üçün başqa komandaya keçmək istəyi böyükdür. 

Qeyd edək ki, Emrelinin “Dinamo” ilə 2026-cı il iyunun 30-da başa çatacaq. O, ötən mövsüm yanvar ayından yaya qədər “Konyaspor”da icarə əsasında çıxış etmişdi. 
 

Xəbər xətti