“Mançester Siti”nin futbolçuları Erlinq Haaland və yarımmüdafiəçi Kevin De Bruyne Səudiyyə Ərəbistanında keçirilən klublararası dünya çempionatına yollanıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, turnir dekabrın 12-dən başlayıb və 22-ə qədər Ciddə şəhərində davam etdiriləcək.
Bundan əvvəl Haaland zədə səbəbindən İngiltərə çempionatının 17-ci turunun "Kristal Pelas"la (2:2) matçını buraxmışdı. De Bruyne isə avqust ayından zədə səbəbindən oynamır.
Hər iki futbolçu klubdan ayrı olaraq Səudiyyə Ərəbistanına uçub və komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, "Mançester Siti" klublararası dünya çempionatına yarımfinal mərhələsindən başlayacaq. İngiltərə çempionu sabah "Urava Red Diamonds"la qarşılaşacaq
saytlarin hazirlanmasi