İtaliyada “Atalanta”nın Avropa Liqasının 1/8 final mərhələsindəki mümkün rəqiblərini müzakirə edilərkən, pley-off matçlarını gözləyən “Qarabağ”a da toxunublar.
Sportal.az xəbər verir ki, “OA Sport Calcio” portalı İtaliyanı təmsil edən "Milan" və "Roma"dan başqa, onlara rəqib ola biləcək 14 komandadan ən zəifinin Azərbaycan klubu olduğunu hesab edir:
“Qarabağ” istisna olmaqla, digər komandaların heç birini zəif adlandırmaq olmaz. “Frayburq”, “Marsel”, “Sparta”, “Sportinq”, “Tuluza” və “Renn” potensial təhlükəli komandalardır. "Lans”, “Benfika” və “Feyenoord”u da “Qalatasaray” kimi qiymətləndirməmək olmaz. “Braqa”, “Yanq Boyz” və “Şaxtyor” daha az qorxuya səbəb ola bilər”.
saytlarin hazirlanmasi