Adil Şükürov: "Sabah" ustalığını göstərdi"

16:35 - 18 Dekabr 2023

"Komandamız yaxşı mübarizə apardı. Azarkeşlərin görmək istədiyi futbolu oynamaq istəyirik. Rəqib bu gün öz ustalığını göstərdi. Gələcəyə baxacağıq. Artıq bizim üçün kubok bitib. Bundan sonra çempionatı düşünəcəyik".

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov ölkə kubokunun 1/8 final mərhələsinin "Sabah"la(3:4) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb:

- Əlavə vaxta hazırlaşmışdız?

- Hazır idik, futbolçularla bu haqda danışmışdıq. Əlavə vaxtda iki əvəzetmə etməyi planlaşdırırdıq.

- Hakimlik haqda fikirləriniz necədir?

- Məncə, normal hakimlik oldu. Oyunda bəzən hakimlərlə emosional danışırıq. Hakimlərin böyük səhvi yox idi.

- Əsas heyət oyunçularını ehtiyatda saxlamağınızın səbəbi nə idi?

- Bu, əvvəlki oyunlarda çox yüklənmələri ilə bağlı idi. Çünki zədələnə bilərdilər. Oyunçuları qorumaq istəyirdik. Heyətdə olan bütün futbolçulara inanırıq. Bizdə əsas heyət və ya ehtiyat söhbəti yoxdur bizdə.

- Adama Nianenin oyununu necə dəyərləndirirsiz?

- Uğurlu çıxış etdi. Zədədən sonra çox istəkli idi. O, istədiklərimizi edir. Cavad Kərimov da yaxşıdır. Sevindirici haldır ki, Cavad Niane kimi hücumçunun yanında nələrisə öyrənir.

Elçin Əlixan

Xəbər xətti