"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə yeni mövsümə ölkə xaricində başlaya bilər.
Sportal.az saytına verilən məlumata görə, Ağdam klubunun aparıcı üzvü legioner həyatı yaşamağı planlaşdırır.
Mustafazadə iddialı liqaların təmsilçilərindən birindən gələcək təklifi dəyərləndirəcək.
Bəhlulun “Qarabağ”la müqaviləsi mövsümün sonunda başa çatacaq. Ağdam klubu onunla müqavilə müddətini artırmağı planlaşdırır.
Lakin futbolçu legioner həyatı yaşamaq üçün hələ ki, “Qarabağ”la müqavilə müddətini artırmağa tələsmir.
saytlarin hazirlanmasi