"Mançester Yunayted" qış "transfer pəncərəsi"ndə eyni anda dörd futbolçusunu satmağa hazırlaşır.
Sportal.az "Mail Sport"a istinadən xəbər verir ki, söhbət Rafael Varan, Kazemiro, Ceydon Sanço və Antoni Martialdan gedir.
Transfermarkt bu oyunçuların ümumi dəyərinin 230 milyon funt-sterlinq olduğunu qeyd edib.
Lakin “Mançester Yunayted”in onların transferindən bu qədər gəlir əldə etmək şansının az olduğu ehtimal olunur.
"Qırmızı şeytanlar"ın direktorlarından biri Con Murto həmin futbolçuları Səudiyyə Ərəbistanı klublarına satmaq üçün iki gün əvvəl həmin ölkəyə uçub, bir neçə komandanın rəsmiləri ilə görüşüb.
saytlarin hazirlanmasi