Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili "Qarabağ"da qalacaq.
Sportal.az saytına verilən məlumata görə, gürcü qolkiperin qışda başqa komandaya icarəyə gedəcəyi gözlənilirdi.
Amma məlumata görə, Quqeşaşvili ən azından mövsümün sonuna qədər "Qarabağ"da qalacaq.
Halbuki, Lukanın oyun praktikasından əziyyət çəkdiyi üçün gələn təklifləri dəyərləndirəcəyi ehtimal edilirdi.
2022-ci ildə "Qarabağ"a keçmiş 29 yaşlı futbolçunun müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.