Cerrard Rusiya millisinin üzvünü istəməyib

21:22 - 20 Dekabr 2023

Rusiya millisinin və "Spartak"ın müdafiəçisi Georgi Cikiya Səudiyyə Ərəbistanı klublarına maraqlı deyil.

Sportal.az xəbər verir ki, bir neçə gündür ərəb klublarının onu transfer etmək istədiyi, xüsusilə də, “Əl-İttifaq”ın Cikiyanın xidmətində maraqlı olduğu iddia edilirdi. 

Ancaq adıçəkilən klubun vitse-prezidenti Hatəm Əlmesihel bu iddianın əsassız olduğunu deyib: “Xeyr, biz onunla maraqlanmırıq. Yalan xəbərdir”.

Qeyd edək ki, “Əl-İttifaq”24 xalla 8-ci pillədədir. Bu komandanı Stiven Cerrard çalışdırır.
 

Xəbər xətti