Fransa mətbuatı “Lill”in keçmiş futbolçularının hazırkı klublarında son matçlarındakı uğurlu və uğursuz çıxışlarından yazıb.
Sportal.az xəbər verir ki, “Le petit Lillois”a portalı Fransa klubunda oynamış və hazırda "Qarabağ"ın uğurları üçün çalışan Yassin Benzianın da karyerasındakı irəliləyişini qeyd ediblər:
"Fənərbaxça”, “Olimpiakos” və “Dijon”da keçirdiyi mövsümlərdən sonra Yassin Benzia ilin əvvəlində özünü “Qarabağ”da tapdı. O, bu komandada əsas oyunçulardandır. Çətin start olmasına baxmayaraq, Yassin “Neftçi” ilə oyunda (2:0) fərqlənərək çempionatdakı altıncı qolunu vurdu. Bu, ötən həftə Avropa Liqasının “Hekken”lə görüşündə (2:1) qol vuraraq komandasına qələbə gətirən Benzianın performansının davamı idi. Həmin qol onun komandasının pley-off mərhələsinə çıxmasına imkan verdi. Hansı ki, bu mərhələdə “Qarabağ”ı “Braqa” ilə oyunlar gözləyir".
Mirbağırağa
saytlarin hazirlanmasi