"Barselona"nın yarımmüdafiəçisi Pedri yenidən sıradan çıxıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu dünənki məşqdə ayağından zərbə alıb. Belədə, o, məşqi erkən bitirməli olub.
Həkimlər gənc futbolçunun təxminən 2-3 həftə oyunlardan və məşqlərdən kənar qalacağını proqnozlaşdırıb.