MOİK-in kapitanı: "Başa düşürük ki, "Qarabağ"la oyunda sürpriz etmək olmur"

20:39 - 20 Dekabr 2023

MOİK-in kapitanı Sabir Allahquliyev Sportal.az saytına açıqlama verib. "Hərbçilər"in əsas hücumçusu komandasının Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ”a qarşı keçirəcəyi oyundan gözləntilərini bölüşüb. Bununla yanaşı, o, görüşün Xankəndi şəhərində keçirilməsinin vacibliyinin qeyd edib:

"Uçuşumuz yaxşı alındı. Həqiqətən də bu torpaqlara ayaq basmaq gözəl hisslərdir. Bu gün məşqimiz olmalıdır. Komandamız "Qarabağ"la oyuna pis hazırlaşmayıb. Hamı bilir ki, Azərbaycanın ən güclü komandasına qarşı oynayacağıq. Baş məşqçimizin öz planları var və biz də onu yerinə yetirməyə çalışacağıq. Başa düşrük ki, "Qarabağ"la oyunda sürpriz etmək olmur. Çünki söhbət "Qarabağ"dan gedir. Amma çalışacağıq ki, nəsə edək. Onlara qarşı oyunda həyəcan ola bilməz. Çünki mən onlara qarşı bir neçə dəfə oynamışam. Amma cavan oyunçularımızda həyəcanın olması mümkündür. Hər halda, matçın Xankəndidə keçirilməsi çox gözəldir.

Komandamızda mehribançılıq var. Hər matça fərqli oyunçunun kapitan sarğısı ilə çıxması da mümkündür. Hər halda, mən hamıdan yaşca böyüyəm, həm də təcrübəliyəm. "Qarabağ"la oyunda komandama kömək edəcəm. Komandamızın baş məşqçisi var və o nə deyəcəksə, yerinə yetirməyə çalışacağıq. "Qarabağ"a qarşı necə alınacağını oyunun gedişi göstərəcək".

Qeyd edək ki ,"Qarabağ" - MOİK matçı sabah Bakı vaxtı ilə 14:00-da Xankəndi şəhər stadionunda keçiriləcək. 

Mirbağırağa

Xəbər xətti