Dünən İspaniya Primerosunun 18-ci turunda "Sevilya" "Qranada"nı 3:0 hesabı ilə məğlub edib. Əndəlusiya təmsilçisinin qollarından birini Serxio Ramos vurub.
Sportal.az xəbər verir ki, 37 yaşlı ispaniyalı bununla da, La Liqada Xoakinin rekordunu təkrarlayıb.
Belə ki, o, "Betis"in sabiq futbolçusu kimi 18 mövsümdə ən azı bir qol vurmağı bacarıb. Hazırda Ramos bütün turnirlərdə 14 oyun keçirib, 4 qol vurub, məhsuldar ötürmə edib və 5 vərəqə ilə cəzalandırılıb (4 sarı və 1 qırmızı).
İspan futbolçunun "Sevilya" ilə müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir.
Qeyd edək ki, Xoakin yayda, 41 yaşında "Betis"də karyerasını başa vurub.
saytlarin hazirlanmasi