"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov ölkə kubokunun 1/8 final mərhələsinin “Zirə” ilə keçirilmiş(1:2) matçından sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, komandasının məğlubiyyətini şərh edib:
"Kubok bir oyundan ibarətdir. Bəlkə də, 1/8 finalda ən ağır cütlük biz idik. Çünki digər komandalar birinci liqa ilə oynayırdı. Bizim üçün kubok bu mövsüm bitdi. Üç gün əvvəl də “Zirə” ilə oynamışdıq. Bilirdik ki, “Zirə” uduzduğu üçün bu oyunda daha aqressiv olacaq. Futbolçularımızı hazır etməyə çalışdıq. İlk dəqiqələrdəki vurduğumuz qol “Zirə”ni daha aqressiv etdi. İkinci qolu da vura bilərdik. Belə oyunlarda ikinci qol lazım olur. Təəssüf ki, sonda rəqibin təzyiqinə dözə bilmədik. Yorğunçuluq öz sözünü dedi. Sıx qrafik bizim üçün daha çox çətindir. Digər komandalar dörd gündən bir oynayır, biz üç gündən bir. İndi biz tovuza gedib, 23-də “Araz-Naxçıvan”la oynayacağıq. Bu gün rəqib ikinci hissədə bizə imkan vermədi. Futbolçularımızın soyuqqanlı olmasını istədik. Amma oyunun təzyiqi buna imkan vermədi. Rəqibi təbrik edirəm. Gələn oyuna hazırlaşıb, ili yaxşı nəticə ilə başa vurmaq istəyirik. Çalışacağıq ki, çempionatda nə qədər bacarırıqsa, irəlidə olaq. Demək ki, bu mövsüm kubokda irəlilmək qismət deyilmiş".
- Hakimlikdən razı qaldız?
- Epizoda baxmamışam. Bilmirəm, Paxtman qol vuranda açıq ayaqla getdi. Sadəcə baxmaq lazımdır. Ümumən, pis hakimlik olmadı.
Mirbağırağa
saytlarin hazirlanmasi